DSMF-nin gəlirləri 1,6 milyard olub

DSMF-nin gəlirləri 1,6 milyard olub
  13 Aprel 2024    Oxunub:590
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin üç ayında proqnozla müqayisədə 7 faiz və ya 108 milyon manat çox olmaqla 1 milyard 673 milyon manat təşkil edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az -a verilən məlumata görə, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 9 faiz və ya 104 milyon manat artaraq 1 milyard 318 milyon manat olub.

Bu ilin ilk rübündə DSMF-nin xərcləri 1 milyard 701 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz və ya 207 milyon manat çoxdur.

AzVision.az


Teqlər:





Xəbər lenti