İsveçrə Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 3 dəfə azaldıb

İsveçrə Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşunu 3 dəfə azaldıb
  13 Aprel 2024    Oxunub:647
2023-cü ildə İsveçrə Azərbaycan iqtisadiyyatına 70,6 milyon ABŞ dolları investisiya yatırıb.
AzVision.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 3 dəfə azdır.

Hesabat dövründə İsveçrənin Azərbaycan iqtisadiyyatına ümumi investisiya payı 3,4 %-dən 1,1 %-ə düşüb.

Ötən il Azərbaycan isə İsveçrə iqtisadiyyatına 40,7 milyon ABŞ dolları investisiya yatırıb. Bu isə əvvəlki ilə nisbətən 15 % çoxdur.

İl ərzində Azərbaycanın İsveçrə iqtisadiyyatına ümumi investisiya payı 2,4 %-dən 1,3 %-ə düşüb.
AzVision.az



Teqlər:





Xəbər lenti