Pakistanda şimşək çaxması nəticəsində 25 nəfər ölüb

   Pakistanda şimşək çaxması nəticəsində 25 nəfər ölüb
  13 Aprel 2024    Oxunub:1030
Pakistan'ın Bəlucistan, Pəncab və Sind vilayətlərində gücü yağışla bərabər ildırım çaxması nəticəsində azı 25 nəfər həyatını itirib.
AzVision.az xəbər verir ki, Bəlucistanda 16, Pəncabda 8, Sind vilayətində isə 1 nəfər ölüb. Məlumata görə, onların əksəriyyəti əkinçilərdir.

Hadisədə onlarla şəxs də xəsarət alıb, bir çox evə ziyan dəyib.

Ölkənin Meteorologiya İdarəsi əhalini yağıntılı hava şəraitində göy quruldaması zamanı qapalı yerlərdən çıxmamağa çağırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Pakistan   hadisə   ildırım  





Xəbər lenti