Rusiyanın keçmiş baş prokurorun oğlunun meyiti tapılıb

Rusiyanın keçmiş baş prokurorun oğlunun meyiti tapılıb
  15 Aprel 2024    Oxunub:526
Rusiya Federasiyasının ilk baş prokuroru Valentin Stepankovun oğlu Denis Stepankov Moskvada ölü tapılıb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Saytlar hüquq-mühafizə orqanlarındakı mənbəyə istinad ediblər.

Agentliyin məlumatına görə, 47 yaşlı kişinin meyiti Moskvanın mərkəzindəki mənzilində tapılıb.

“İlkin məlumatlara görə, ölüm cinayət xarakteri daşımayıb”, - "RİA Novosti"nin həmsöhbəti qeyd edib.
Valentin Stepankov 1991-1993-cü illərdə Rusiyanın baş prokuroru vəzifəsində çalışıb. O, 1993-cü ilin dekabrında təqaüdə çıxıb və bundan sonra özəl vəkillik fəaliyyətinə başlayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti