Keçmiş erməni məmurun kreslosunu oğurladılar

Keçmiş erməni məmurun kreslosunu oğurladılar
  15 Aprel 2024    Oxunub:593
Ermənistanda maraqlı cinayət hadisəsi baş verib.
İrəvan Ərəbkir icmasının keçmiş rəhbəri Ovannes Şahinyanın kompüter və oturacağı oğurlanıb.

Kriminal xəbər saytı olan "Shamshyan.com"un yaydığı məlumata görə, hadisə aprelin 12-də baş verib. 56 yaşlı O.Şaqinyan oğurluqla bağlı şikayət ərizəsi ilə polis şöbəsinə müraciət edib.

"Onun sözlərinə görə, Yerznkyan küçəsindəki mənzilindən 4 kompüter və 2 oturacaq yoxa çıxıb", - nəşr yazıb.
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti