Qırğız Prezidenti ölkəmizə gələcək

   Qırğız Prezidenti ölkəmizə gələcək
  15 Aprel 2024    Oxunub:642
Qırğız Prezidenti Sadır Japarovun aprelin 24-25-də ölkəmizə səfəri baş tutacaq.
AzVision.az xəbər verir ki, bu barədə Qırğızıstanın ölkəmizdəki səfiri Kayrat Osmonaliyev "Sputnik Qırğızıstan"a açıqlamasında bildirib.

Onun sözlərinə görə, səfər çərçivəsində 10-dan artıq sənədin imzalanması planlaşdırılır.

Həmçinin razılaşmaların həyata keçirilməsi, habelə İssık-Kul sahillərində nəzərdə tutulan beşulduzlu otelin tikintisi ilə bağlı müzakirə aparılacaq.

"Hər iki ölkənin dövlət başçıları həm Türk Dövlətləri Təşkilatı, həm də Müstəqil Dövlətlər Birliyi çərçivəsində də görüşlər keçirirlər. Onların arasında dərin işgüzar münasibətlər mövcuddur. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qırğızıstana səfərində Prezident Sadır Japarovu Prezident İlham Əliyevin adından COP29 sammitinə qoşulmaq üçün Azərbaycana səfərə dəvət edib", - səfir deyib.

AzVision.az


Teqlər: Azərbaycan   Qırğızıstan   prezident   səfər  





Xəbər lenti