Putin: "Rusiya-Çin əlaqələrinin güclənməsindən qorxmayın!"

  Putin: "Rusiya-Çin əlaqələrinin güclənməsindən  qorxmayın!"
  16 May 2024    Oxunub:600
Rusiya ilə Çin arasında əlaqələrin güclənməsi başqa ölkələr üçün təhlükə kimi qəbul edilməməlidir.
AzVision.az "RT"yə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin cümə axşamı Çinə səfəri zamanı belə deyib.

“Qlobal problemlərin həllində əməkdaşlığımız beynəlxalq arenada əsas sabitləşdirici amillərdən biridir. Biz birlikdə ədalət prinsiplərini, çoxqütblü reallıqlara və beynəlxalq hüquqa əsaslanan demokratik dünya nizamını müdafiə edirik”, - deyə Putin deyib.

Qeyd edək ki, NATO-nun baş katibi Yens Stoltenberq Çini “Rusiyayanın təcavüzkar müharibə aparmasına göz yuman ölkə” adlandırıb.

Xatırladaq ki, Pekin Qərbin Rusiyaya qarşı sanksiyalara qoşulmaq çağırışlarını dəfələrlə rədd edərək, onları birtərəfli və qeyri-legitim adlandırıb.

Həmidə İbrahimova

AzVision.az



Teqlər:





Xəbər lenti