"İran özü günahkardır, 45 illik helikopter istifadə edir" - Miller

   "İran özü günahkardır, 45 illik helikopter istifadə edir" -    Miller
  21 May 2024    Oxunub:605
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller helikopter qəzasının baş verməsinə görə İran hökumətini günahlandırıb.
ABŞ rəsmisi bildirib ki, 45 illik Amerika istehsalı olan helikopterin pis hava şəraitində istifadə edilməsinə görə İran hökumətinin özü məsuliyyət daşıyır. O, əlavə edib ki, ABŞ İslam Respublikasının istifadə etdiyi aviatexnikaya qarşı sanksiya rejimini saxlayacaq. Onun sözlərinə görə, İran hökumət təyyarələrindən terrora dəstəkdə istifadə edir.

İran prezidenti İbrahim Rəisinin vəfatı ilə bağlı ABŞ-ın rəsmi başsağlığı verməsini şərh edən Miller bildirib ki, bu, Vaşinqtonun İran hökumətinə qarşı fundamental münasibətini dəyişmir.

Xatırladaq ki, İran prezidenti İbrahim Rəisi, Xarici İşlər Nazirliyinin rəhbəri və göyərtəsində onları müşayiət edənlərin olduğu helikopter mayın 19-da ölkənin şimal-qərbində, Verzeqan bölgəsində qəzaya uğrayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti