Bu ilin ilk üç ayında 828 əkiz doğulub

   Bu ilin ilk üç ayında 828 əkiz doğulub
  16 May 2024    Oxunub:410
Bu ilin ilk üç ayında Azərbaycanda 24 min 526 körpə dünyaya gəlib, onlardan 828-i əkiz, 39-u üçəmdir.
Bu barədə AzVision.az -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, körpə doğumu ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə münasibətdə azalaraq 11,1-dən 9,7-yə düşüb. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 52,7 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 47,3 faiz olub.

AzVision.az


Teqlər:





Xəbər lenti