Şəmkirdə klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb

Şəmkirdə klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb
  16 May 2024    Oxunub:728
Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi Şəmkirdə klinikada rentgen-müayinə fəaliyyətini dayandırıb.
Bu barədə AzVision.az -a FHN-in Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, keçirilən nəzarət tədbirləri çərçivəsində “Şans Tibb Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Şəmkir şəhərində yerləşən filialında ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarına verilmiş “xüsusi icazə”nin qüvvədə olma müddətinin bitdiyi və klinikada 2023-cü ildə aparılmış yoxlama zamanı radiasiya təhlükəsizliyi üzrə aşkar olunmuş nöqsanların aradan qaldırılmadığı müəyyən edilib.

Qeyd olunanlarla əlaqədar Agentlik “Şans Tibb Mərkəzi” MMC-nin Şəmkir şəhərində yerləşən filialında rentgen aparatlarının fəaliyyəti məhdudlaşdırılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti