Qarabağ Universitetində daha iki vakansiya elan olunub

   Qarabağ Universitetində daha iki vakansiya elan olunub
  16 May 2024    Oxunub:1251
Qarabağ Universitetində "ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri" və "ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis" vəzifələri üzrə vakansiyalar elan edilib.
Elm və Təhsil Nazirliyindən AzVision.az -a verilən xəbərə görə, tələblərə cavab verən namizədlər müraciətlərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Namizədlər ətraflı məlumatla nazirliyin rəsmi internet səhifəsinin "Elanlar" bölməsinə, eləcə də aşağıdakı keçidlərə daxil olmaqla tanış ola bilərlər.

Diqqətinizə çatdırırıq ki, yalnız vakansiya tələblərinə uyğun gələn və bütün lazımi sənədləri təqdim edən şəxslərin müraciətlərinə baxılacaq.

Qarabağ Universitetində vakansiya - ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri

Qarabağ Universitetində vakansiya - ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis

AzVision.az


Teqlər: Qarabağ-Universiteti   vakansiya  





Xəbər lenti