"Xəzri" finalın ilk oyununda "Sabah"a qalib gəlib

"Xəzri" finalın ilk oyununda "Sabah"a qalib gəlib
  16 May 2024    Oxunub:971
Bu gün basketbol üzrə Azərbaycan çempionatında final seriyasının ilk oyununa start verilib.
AzVision.az xəbər verir ki, həlledici qarşılaşmada "Sabah" və "Xəzri" komandaları "Sərhədçi" İdman Mərkəzində üz-üzə gəlib.

Görüş ikincilərin 95:70 hesablı qələbəsi ilə yekunlaşıb.

Seriyanın ikinci qarşılaşması mayın 19-da, üçüncü oyunu isə 22-də baş tutacaq. Final seriyasında qarşılıqlı qələbələr olarsa, 4-cü və 5-ci matçlara ehtiyac duyulacaq.

"Sabah" yarımfinalda "Xırdalan"ı, "Xəzri" isə "NTD-İndiqo"nu mübarizədən kənarlaşdırıb. Ötən gün III uğrunda ilk oyunda "NTD-İndiqo" "Xırdalan"A 95:79 hesabı ilə qalib gəlib. Bu komandaların ikinci dueli mayın 18-də keçiriləcək.

AzVision.az


Teqlər: idman   basketbol  





Xəbər lenti