Ötən il 293 erkən evliliyin qarşısı alınıb

   Ötən il 293 erkən evliliyin qarşısı alınıb
  17 May 2024    Oxunub:614
Milli Fəaliyyət Planının icrası çərçivəsində tibb müəssisələrindən kənarda baş verən doğuş faktlarına nəzarətin gücləndirilməsi, belə faktlar əsasında erkən nikahların aşkarlanması tədbirləri də nəzarətdə saxlanılıb, həyata keçirilmiş tədbirlərlə hesabat ilində 293 erkən evliliyin qarşısı alınıb.
AzVision.az -ın xəbərinə görə, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2023-cü il üzrə illik məlumatında əksini tapıb.

Qeyd edilib ki, hesabat ilində “Mobil notariat” tətbiqinin altsistemi kimi istifadəyə verilmiş “Mobil əhali” tətbiqi üzərindən həm ölkə daxilində, həm də xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarına doğumun və ölümün elektron qeydiyyatı, ailə vəziyyəti və ailə üzvləri haqqında arayışların onlayn əldə edilməsi imkanı yaradılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti