Quldurluq edən keçmiş məhkumlar tutuldu

Quldurluq edən keçmiş məhkumlar tutuldu
  09 Fevral 2016    Oxunub:1443
Bakıda quldur dəstəsi tutulub.
AzVision.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb. Suraxanı Rayon Polis idarəsinin (RPİ) 32-ci Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 7-də Bakı şəhər sakini Əfqan Məmmədovun pulunu quldurluq yolu ilə almış paytaxt sakinləri, əvvəllər məhkum olunmuş Tural Əhmədov, Daşlı Babayev, Ərəb Ərəbəliyev və Oqtay Nizami tutulublar.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Teqlər:





Xəbər lenti