Moskvada mənzildən 10 illik mumya tapıldı

 Moskvada mənzildən    10 illik mumya    tapıldı
  02 Fevral 2022    Oxunub:2337
Rusiyada mumyalanmış meyit tapılıb. AzVision.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.
Bildirilir ki, Moskvanın Miçurinski prospektindəki mənzillərin birində 10 ilə yaxındır ki, mumyalanmış halda qalan qadın cəsədi aşkarlanıb.

- Kommunal xidmətin əməkdaşları fevralın 1-də son illər yaşayış olmayan bir mənzilin qapısını açmaq qərarı veriblər. Onlar hadisə yerinə polis çağırıblar. Hüquq-mühafiz orqanlarının əməkdaşları isə içəridən mumiyalanmış cəsəd tapıblar. Ölən qadın mənzilin sahibi olub. Bu il onun 66 yaşı tamam olacaqdı. Ölümün dəqiq səbəbi və müddəti müəyyən edilməsi üçün cəsəd ekspertizaya göndərilib-,xəbərdə deyilir.



Tural Tağıyev
AzVision.az



Teqlər: Mumya   Moskva  





Xəbər lenti