Pekin Olimpiadasında qonaqlara robotlar xidmət göstərir - VİDEO

 Pekin Olimpiadasında qonaqlara robotlar xidmət göstərir -   VİDEO
  02 Fevral 2022    Oxunub:1695
Fevrlın 4-dən 20-dək Çində Qış Olimpiya Oyunları keçiriləcək. AzVision.az xəbər verir ki, Pekində təşkil olunacaq bu beynəlxalq yarışda təşkilatçılar robotların xidmətindən istifadə etməyə başlayıblar.
Artıq Pekin Olimpiadasının əsas media mərkəzinin yemək zalında robotlar yemək paylamağa başlayıb. Bununla da təşkilatçılar koronavirus infeksiyasının yayılması təhlükəsini azaltmağaçalışdıqlarını bildiriblər.

Cərrah-robot insan yardımı olmadan donuzu əməliyyat etdi
Robotlar təkcə yemək gətirmir, həm də qabları təmizləyirlər.

Qeyd edək ki, Çinin paytaxtı tarixdə Yay və Qış Olimpiya Oyunlarına ev sahibliyi edən ilk şəhər olub. Yarışlar həm yeni idman obyektlərində, həm də mövcud arenalarda keçiriləcək. Davamlı inkişaf planı çərçivəsində 2008-ci il Yay Olimpiya Oyunlarından sonra qalan obyektlərdən də istifadə ediləcək.



Tural Tağıyev
AzVision.az



Teqlər:   Robot   Çin   Olimpiada  





Xəbər lenti