Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi
  02 Fevral 2022    Oxunub:1663
Məşhur “Qul İzaura” serialında Frensis obrazı ilə tanınan braziliyalı aktyor İsaak Bardavid 90 yaşında Rio-de-Janeyroda vəfat edib. AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qeyd edilir ki, sənətçi fevralın 1-i dünyasını dəyişib. Aktyorun nəvəsinin sözlərinə görə, ölümün səbəbi xroniki respirator xəstəliyin fəsadları olub. İsaakın ağciyərlərində kritik problemlər olubmuş.

Bardavid sağlığında onlarla teleserialda rol alıb.O həmçinin bir sıra məşhur personajları da səsləndirib.

AzVision.az




Teqlər: Aktyor  





Xəbər lenti