“Kapusinlər bulvarından olan adam”ın ssenari müəllifi vəfat etdi

“Kapusinlər bulvarından olan adam”ın ssenari müəllifi vəfat etdi
  04 Fevral 2022    Oxunub:1266
Rusiya və sovet ssenaristi Eduard Akopov 77 yaşında vəfat edib. AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilir ki, Los-Ancelesdə ölən Akopovu infarkt vurub.

Qeyd edək ki, Eduard Akopov 24 iyun 1945-ci ildə Bakıda anadan olub. Moskvada ssenaristlər və rejissorlar üçün Ali Kursları bitirib.
“Əsgər və fil”, “Mənim ərim ol” komediyaları, “Kapusinlər bulvarından olan adam” və “Sovet dövrünün parkı” kimi 20-dən çox filmin ssenarisini yazıb.

AzVision.az



Teqlər:





Xəbər lenti