50 yaşlı idmançı Qış Olimpiya Oyunlarının tarixinə düşdü

   50 yaşlı    idmançı Qış Olimpiya Oyunlarının tarixinə düşdü
  05 Fevral 2022    Oxunub:924
Almaniyalı konkisürən Klaudiya Pexştayn Qış Olimpiya Oyunlarının tarixinə düşüb.
AzVision.az xəbər verir ki, 50 yaşlı idmançı buna Pekin-2022 Qış Olimpiya Oyunlarında iştirak etməklə nail olub.

Pexştayn 2002-ci ildə 48 yaşında olimpiadada yarışan ABŞ Vircin adaları təmsilçisi Anna Abernatinin rekordunu qırıb.

Konkisürən həmçinin 8-ci Qış olimpiadasına qatılmaqla yaponiyalı Noriaki Kasainin rekorduna çatıb.

Qeyd edək ki, Klaudiya Pexştayn 5 qat olimpiya çempionudur.
AzVision.az



Teqlər:





Xəbər lenti