İsrail bu ölkələrə silahlarının Ukraynaya tədarükünü qadağan edib

   İsrail bu ölkələrə silahlarının    Ukraynaya tədarükünü    qadağan edib
  05 Fevral 2022    Oxunub:860
İsrail Latviya, Litva və Estoniyaya satdığı silahların Ukraynaya tədarükünü qadağan edib.
AzVision.az xəbər verir ki, bu barədə “Breaking Defence” portalı mənbələrə istinadən yazıb.

“İsrailin xəbərdarlığı Ukraynanın “Spike” tank əleyhinə sistemləri almağa cəhd edə bilməsi ilə əsaslandırılır”, - müəllif Ariel Eqozi qeyd edib.

Müxtəlif variantlarda bu kompleks bütün Baltikyanı respublikalarda mövcuddur. İsrail silahlarının ən müxtəlif arsenalına malik Latviyada qeyd edilən tank əleyhinə sistemlərin LR, LR2, ER və SR variantları var.

Məlumata görə, Təl-Əviv dekabr ayında tələbini irəli sürüb. Bu, öz növbəsində, Moskva ilə münasibətləri korlamamaq üçün edilib.

Pərvanə Sultanova
AzVision.az





Teqlər: İsrail   Silah  





Xəbər lenti