Əhalisinin 90 faizi peyvəndlənən İranda yoluxma və ölüm halları artır

Əhalisinin    90 faizi peyvəndlənən  İranda yoluxma və ölüm halları artır
  05 Fevral 2022    Oxunub:762
Əlli nəfərin koronavirusa yoluxması səbəbindən ötən həftə işini müvəqqəti dayandıran İran parlamenti bu gün fəaliyyətini davam etdirəcək.
AzVision.az xəbər verir ki, bu barədə parlamentin rəyasət heyətinin üzvü Əlirza Səlimi məlumat verib. O bildirib ki, parlament tibbi protokola ciddi şəkildə riayət edərək işini davam etdirəcək. Parlamentə daxil olan hər bir şəxs test olunur. Deputatlar arasında məsafə saxlanılacaq.

İranın Səhiyyə Nazirliyinin açıqlamasına görə son 24 saat ərzində ölkə ərazisində 23 min 130 nəfərin koronavirusa yoluxması, 64 nəfərin isə bu xəstəlikdən ölməsi təsbit edilib. Bununla da İranda virusa yoluxanların ümumi sayı 6 milyon 543 min 837 nəfər, ölənlərin ümumi sayı isə 132 min 745-ə çatıb.

Ölkə üzrə müxtəlif xəstəxanalarda müalicə alan 2 min 282 COVID-19 xəstəsinin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda 6 milyon 138 min 692 xəstə sağalaraq evə buraxılıb.

İranda əhalinin 90 faizə qədəri peyvənd olunub. Buna baxmayaraq yoluxanların və ölənlərin sayında artım müşahidə edilir.

AzVision.az



Teqlər:





Xəbər lenti