92-ci ildə "instaqram" olsaydı, nələri görərdik? - FOTOLAR

        92-ci ildə "instaqram" olsaydı, nələri görərdik? -    FOTOLAR
  05 Fevral 2022    Oxunub:2045
Azərbaycanda instaqramda “Sevinc stories” layihəsi təqdim olunub. AzVision.az xəbər verir ki, layihənin məqsədi kiçik bir qızın gözləri ilə Xocalı faciəsini dünya ictimaiyyətinə çatdırmaqdır.
“Əgər 1992-ci ildə instaqram olsaydı və kiçik bir qız bütün olanları “story”yə çəksəydi, biz nələri görərdik?!”, - layihə haqda deyilir.

Qeyd olunub ki, bu, məşhur “Eva stories” layihəsinin Azərbaycan adaptasiyasıdır. Personajlar, süjet xətti xəyal məhsulu olsa da, baş vermiş faciə real hadisədir.

Sosial şəbəkələrdə böyük marağa səbəb olan layihənin idea müəllifi aktyor Əlixan Rəcəbovdur.








AzVision.az



Teqlər:





Xəbər lenti