NATO Azərbaycanla Ermənistan arasında normallaşma prosesini dəstəkləyir

 NATO Azərbaycanla Ermənistan arasında normallaşma prosesini dəstəkləyir
  07 Fevral 2022    Oxunub:1996
NATO Baş katibi Yens Stoltenberqin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Azərbaycanın 8 erməni hərbçini qarşı tərəfə təhvil verməsinə münasibət bildirib.
AzVision.azxəbər verir ki, bu barədə Kolomina "Twitter"də yazıb.

“Bu, doğrudan da yaxşı xəbərdir. NATO həm Ermənistan, həm də Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının tərəfdarıdır. Bu, regionda sabitliyin və rifahın artmasına töhfə verəcək”, - xüsusi nümayəndə vurğulayıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: NATO  





Xəbər lenti