"Bakının enerji və nəqliyyat layihələri dünyanın maraqlarına xidmət edir"- Ukrayna səfiri

               "Bakının enerji və nəqliyyat layihələri dünyanın maraqlarına xidmət edir"-   Ukrayna səfiri
  05 Fevral 2022    Oxunub:1245
"Cənubi Qafqaz regionu Avropa ilə Asiya arasında körpü rolunu oynayır. Azərbaycan və Gürcüstan regionda çox mühüm olmaqla yanaşı, həm də Avropa ilə Asiya arasında möhkəm etibarlı tərəfdaş rolunu oynayırlar”.

AzVision.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Ukraynanın Gürcüstandakı səfiri İqor Dolqov söyləyib. Diplomat deyib ki, Azərbaycanın müəllifi olduğu və Gürcüstandan keçən böyük enerji və nəqliyyat layihələri təkcə bu iki ölkənin xalqlarının mənafeyimə deyil, Avropanın və əslində, dünyanın maraqlarına xidmət edir. Bu gün Azərbaycan qazı və neftindən Avropanın neçə-neçə ölkəsi bəhrələnir. Böyük İpək Yolu, Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasında əsl nəqliyyat körpüsüdür. “Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, Azərbaycan və Gürcüstan Cənubi Qafqazın ən aparıcı ölkələridir. Ukrayna dövləti bu ölkələrlə əlaqələrin bütün sahələrdə inkişafında maraqlıdır”, – deyə İqor Dolqov vurğulayıb. AzVision.az




Teqlər:





Xəbər lenti