Conson və Makron NATO-nun şərq cinahını gücləndirməyi müzakirə ediblər

 Conson və Makron  NATO-nun şərq cinahını  gücləndirməyi müzakirə ediblər
  05 Fevral 2022    Oxunub:933
Böyük Britaniyanın baş naziri Boris Conson və Fransa prezidenti Emmanuel Makron Ukrayna məsələsində diplomatik həll yolunun tapılmasının prioritet olması mövzusunda razılığa gəliblər.
AzVision.az xəbər veir ki, bu barədə Britaniyanın baş nazirinin mətbuat xidmətinin liderlərin Ukrayna ətrafındakı vəziyyətlə bağlı danışıqlarının yekunlarına dair yaydığı açıqlamada deyilir.

“Liderlər beynəlxalq tərəfdaşlarla apardıqları müvafiq müzakirələr, o cümlədən baş nazirin ötən həftə Kiyevə səfəri barədə bir-birlərinə məlumat veriblər və razılaşıblar ki, mövcud gərginliyin diplomatik yolla həlli əsas prioritet olaraq qalmalıdır”.

Bundan əlavə, Conson və Makron Rusiyanın Ukraynaya hücumu halında dərhal qüvvəyə minəcək sanksiyalar paketinin hazırlanması üçün birgə işi davam etdirmək barədə razılığa gəliblər.

Onlar NATO-nun şərq cinahını gücləndirmək, harada və necə baş verməsindən asılı olmayaraq müttəfiqlərin Rusiyanın bədxah fəaliyyətindən tam qorunmalarını təmin etmək istiqamətində görülən işləri müzakirə ediblər”.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Fransa   Britaniya  





Xəbər lenti