Perunun baş naziri 4 gün sonra istefa verdi

Perunun baş naziri 4 gün sonra istefa verdi
  06 Fevral 2022    Oxunub:1417
Perunun baş naziri Hektor Valer Pinto təyinatından 4 gün sonra istefa verib.
AzVision.az xəbər verir ki, bu barədə o, dövlət televiziyasının efirində deyib.

"İfrat sağçılarla əlaqəli olan Peru qəzetlərinin məni məğlubiyyətə uğratdığını qəbul edirəm. İttihamlar yalan məlumatlara əsaslanır. Bunun doğru olduğunu deyən adamları məhkəməyə verəcəm", - deyə baş nazir bildirib.

Qeyd edək ki, Peru mətbuatında Hektor Valer Pintonun arvadının onu 2016-cı ildə ona və qızına qarşı məişət zorakılığı törətməkdə ittiham etməsi ilə bağlı məlumatlar çıxıb.

AzVision.az


Teqlər:





Xəbər lenti