Rusiyada zəlzələ olub

Rusiyada zəlzələ olub
  06 Fevral 2022    Oxunub:852
Rusiyanın Saxalin adasının şimalında 5,3 bal gücündə zəlzələ olub.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Saxalin filialından bildirilib.

"Fevralın 6-da yerli vaxtla saat 08:18-də (Bakı vaxtı ilə 01:18) 5,3 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Noqliki rayonunun Val kəndindən 32 kilometr şərqdə, ocağı 17 kilometr dərinlikdə yerləşib", - məlumatda deyilir.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

AzVision.az


Teqlər:





Xəbər lenti