"Tərəfdaşlığımızın möhkəmlənməsini səbirsizliklə gözləyirik" - XİN

   "Tərəfdaşlığımızın möhkəmlənməsini səbirsizliklə gözləyirik" -    XİN
  06 Fevral 2022    Oxunub:805
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) tviterdəki hesabında Ukrayna hökumətini və xalqını diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə təbrik edib.
AzVision.az xəbər verir ki, paylaşımda deyilir:

"Bu gün Azərbaycan və Ukrayna arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur. Bu münasibətlə dost Ukrayna hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq. Biz strateji tərəfdaşlığımızın daha da möhkəmlənməsini səbirsizliklə gözləyirik!".

AzVision.az


Teqlər: XİN  





Xəbər lenti