Hakimi təhqir edən futbolçuya ağır cəza verildi

   Hakimi təhqir edən futbolçuya ağır cəza verildi
  16 May 2024    Oxunub:580
AFFA-nın İntizam Komitəsi Əvəzedicilər Liqasında çıxış edən “Kəpəz-2” klubunun futbolçusu Nicat Məmmədova cəzalandırıb.
AzVision.az AFFA-nın saytına istinadən xəbər verir ki, buna səbəb N.Məmmədovun matçın 40-cı dəqiqəsində hakimi təhqir etməsi olub. Qərara əsasən, N.Məmmədov 4 oyunluq cəzalandırılıb.

Futbolçunun bu hərəkətinə görə “Kəpəz” klubu 300 manat cərimələnib.

AzVision.az


Teqlər:





Xəbər lenti