"Anadolu Ankası" təlimi davam edir - FOTOLAR

"Anadolu Ankası" təlimi davam edir -    FOTOLAR
  16 May 2024    Oxunub:764
Türkiyənin Konya şəhərində "Anadolu Ankası – 2024" beynəlxalq axtarış-xilasetmə təlimində "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.
Müdafiə Nazirliyindən AzVision.az -a verilən məlumata görə, "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə Azərbaycan Hərbi Hava Qüvvələrinin, Hərbi Dəniz Qüvvələrinin və Azərbaycanın Türkiyədəki hərbi attaşelik aparatının nümayəndələri iştirak ediblər.

Əvvəlcə iştirakçılara təlimin gedişatı, qarşıda duran tapşırıqların məqsədi və yerinə yetirilməsi barədə statistik məlumatlar, eləcə də beynəlxalq təlimə həsr edilmiş qısametrajlı videogörüntü təqdim olunub.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra təlim poliqonunda "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təliminə cəlb edilən iştirakçılar tərəfindən müxtəlif epizodların praktiki icrası media nümayəndələri və qonaqlar tərəfindən maraqla izlənilib.

AzVision.az

Qalereya




Teqlər: Azərbaycan   Türkiyə   hərbi-təlim  





Xəbər lenti