Sahibə Qafarova Simonyanla görüşdü

   Sahibə Qafarova Simonyanla görüşdü
  17 May 2024    Oxunub:654
Azərbaycan və Ermənistan parlament sədrlərinin növbəti görüşü keçirilib. Bu barədə Azərbaycan Milli Məclisin mətbuat xidməti məlumat yayıb.
Görüşdə Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları fonunda iki ölkənin parlamentlərinin sülh prosesinə necə dəstək verə biləcəyi ilə bağlı məsələlərin müzakirəsi davam etdirilib. Tərəflər parlamentlər arasında dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti