Ərdoğan: "Türkiyəni rüsvayçılıqdan qoruduq"

      Ərdoğan:    "Türkiyəni rüsvayçılıqdan qoruduq"
  21 May 2024    Oxunub:814
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ölkəsi 2013-cü ildən bəri "Avroviziya" mahnı müsabiqəsində iştirak etməməklə düzgün qərar qəbul edib. Hökumət bununla da ölkəni rüsvayçılıqdan qoruyub.
“Qlobal tətbiqetmənin ən bariz sahələrindən biri deseksuallaşdırma siyasətidir. Biz ötən həftə keçirilən "Avroviziya" mahnı müsabiqəsində bunun geniş miqyasda şahidi olduq. Görünən odur ki, gənclərə təqdim olunan qəribə obrazlar sosial degenerasiyanın “Troya atları”dır”, -Türkiyə lideri Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.

Onun sözlərinə görə, yarışda baş verənlərin “düşünülmüş siyasət” olduğunu hamı başa düşür.

“Türkiyəni bu rüsvayçılıqdan qorumaq üçün nə qədər düzgün qərar verildiyini son 10-12 ildə görürük”, - o vurğulayıb.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova müsabiqəni “Qərbi Avropanın dəfn mərasimi” adlandırmışdı.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti