Almaniyalı politoloq Cenevrə görüşü haqqında: “Cəbhədə vəziyyət gərginləşə bilər”
AzVision.az xəbər verir ki, bu barədə 168.am xəbər portalına almaniyalı siyasi şərhçi Aleksandr Rar Cenevrədə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü şərh edərkən bildirib.
Onun sözlərinə görə, həmsədrlər bəzi məsələləri razılaşdırmaq istiqamətində növbəti görüşü təşkil etməlidir: “Bu məsələlər münaqişənin mürəkkəb həllinə yox, elə görüşün gündəliyinə də aid ola bilər. Ona görə ki, bu gün həmsədrlər münaqişənin tənzimlənməsi haqqında heç nə danışmırlar və ya münaqişənin həllini həddindən artıq mürəkkəb görürlər”.
Alman siyasətçinin sözlərinə görə, Vyana və Sankt Peterburq razılaşmaları müzakirə masasına qayıda bilər: “Qeyd edim ki, gündəliksiz siyasi danışıqlar gec və ya tez dayanacaq və biz məcbur olacağıq ki, təmas xəttində vəziyyətin gərginləşdiyinə dair məlumatları şərh edək. Həmsədrlərin əsas vəzifəsi, danışıqların dəqiq gündəliyi formalaşdırmasıdır”- deyə Rar qeyd edib.
Alpər Mövludoğlu
AzVision.az
Teqlər: Qarabağ