Amerikalı hərbi ekspert: “Qarabağda müharibə istisna deyil”

  13 Yanvar 2018    Oxunub : 2651
Amerikalı hərbi ekspert: “Qarabağda müharibə istisna deyil”
Amerikalı hərbi ekspert Stiven Blank hesab edir ki, Dağlıq Qarabağda hərbi əməliyyatlar üçün qış fəsli yaxşı vaxt deyil.
AzVision.az xəbər verir i, bu barədə hərbi ekspert "Amerikanın səsi" radiosunda çıxışı zamanı bildirib. Stiven Blank yaz fəslində isə hərbi əməliyyatların olması üçün heç bir əsas görmədiyini deyib.

O, əlavə edib ki, buna baxmayaraq, baş verəcək kəskin hadisə vəziyyəti dəyişdirə bilər: "Ciddi dəyişikliklər baş verərsə, müharibə variantı istisna deyil".

Blank eyni zamanda qeyd edib ki, ABŞ regionda sülhü saxlamaq üçün hər şey edəcək. Onun fikrincə, "Javelin" hava hücumundan müdafiə raket sistemlərinin Gürcüstana satışı, həmçinin Pakistana ABŞ tərəfindən ayrılan yardımın dayandırılması Cənubi Qafqazın əhəmiyyətinin artması anlamına gəlir.

Eldar Tanrıverdiyev
AzVision.az

Teqlər: Qarabağ   Hərbi   Ekspert