Bu gün şəhid olan əsgərimizin FOTOLARI
Müdafiə Nazirliyinin rəsmi məlumatına əsasən, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində düşmənlə atışmada şəhid olan hərbi qulluqçu əsgər Mənəfov İbrahim Möhsüm oğludur.
Milli Aviasiya Akademiyasının məzunu olan İ. Mənəfov 2017-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb.
Şəhidin cənazəsi sabah doğulduğu Bankə qəsəbəsində torpağa tapşırılacaq.
AzVision.az
Teqlər: Şəhid Əsgər Ordu Neftçala