Zakir Həsənov Yel çərşənbəsini hərbçilərlə birgə qeyd etdi - FOTOLAR, VİDEO

  14 Mart 2018    Oxunub : 3249
Zakir Həsənov Yel çərşənbəsini hərbçilərlə birgə qeyd etdi - FOTOLAR, VİDEO
General-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Yel çərşənbəsini təlimlərdə iştirak edən hərbi qulluqçularla birgə keçirib.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, milli-mənəvi dəyərlərimizin qədim ənənələrindən olan Novruz bayramı ərəfəsində şəxsi heyətlə görüşən Müdafiə naziri bayram şənliyində iştirak edib, tonqal ətrafında toplaşan əsgər və zabitlərlə söhbət edib.



Görüşdə döyüş hazırlığının, sosial-məişət şəraitinin, mənəvi-psixoloji vəziyyətin və döyüş ruhunun yüksək olduğunu xüsusi qeyd edən hərbi qulluqçular ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi məqsədilə Ali Baş Komandanın döyüş əmrinə hazır olduqlarını bildirblər.







AzVision.az

Teqlər: MN   Zakir-Həsənov   Ordu   Təlim