Hava xəbərdarlığı: Yağış yağacaq, dolu düşəcək

Hava xəbərdarlığı: Yağış yağacaq, dolu düşəcək
  24 Mart 2018    Oxunub:4836
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq.
Mülayim cənub küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 12-17° isti, Bakıda gecə 3-5° isti, gündüz 14-16° isti təşkil edəcək. Atmosfer təzyiqi 761 mm civə sütunundan 749 mm civə sütununa aşağı enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi qərb rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 16-21° isti, dağlarda gecə 2-7° isti, gündüz 10-15° isti təşkil edəcək.

Nazirlik hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib. Martın 24-ü axşam, 25-də əsasən şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışların intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

AzVision.az


Teqlər: Hava   ETSN   Dolu   Yağış  





Xəbər lenti