Ərdoğan anons verdi: Növbəti hədəf İdlib və Membiçdir
Türkiyə prezidenti bildirb ki, terrorçulardan azad edilən Afrində geniş əməliyyatlar davam edir: "Afrinlə bağlı məsələni, demək olar ki, bitirmişik. Amma bu məsələlər Afrinlə yekunlaşmayacaq. İdlib var, Membiç var. Oralarda da haqq-ədalət yerini tutana qədər yolumuza davam edəcəyik. Türkiyə terrorizmə qarşı mübarizəni davam etdirəcək".
Ərdoğan qeyd edib ki, indiyə qədər 3700-dən çox terrorçu zərərsizləşdirilib.
AzVision.az
Teqlər: Türkiyə R.T.Ərdoğan Prezident