Xəstə seçicilər necə səs verəcəklər? - MSK-dan açıqlama

Xəstə seçicilər necə səs verəcəklər? - MSK-dan açıqlama
  23 Mart 2018    Oxunub:3051
"Səhhəti ilə əlaqədar səhiyyə müəssisələrində müvəqqəti yerləşən şəxslərə həmin yerlərdə yaradılan məntəqələrdə səs verməyə imkan yaradılacaq"

AzVision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov bildirib.
Onun sözlərinə görə, hazırda sayı üç mindən artıq olan belə seçicilərin səsvermə hüquqlarının təmin edilməsi üçün Seçki Məcəlləsindən irəli gələrək Mərkəzi Seçki Komissiyası (MSK) Səhiyyə Nazirliyi ilə birgə tədbir keçirir.

“Mərkəzi Seçki Komissiyası çalışır ki, səsvermə prosesində seçki hüququ olan heç kəs kənarda qalmasın. Hər bir vətəndaşın konstitusion hüququ nəzərə alınaraq, onun seçkilərdə iştirakı təmin edilir”, - deyə sədr müavini vurğulayıb.

N.Məmmədov qeyd edib ki, səhhətinə görə və digər üzrlü səbəblərdən seçki məntəqələrinə gələ bilməyən seçicilərin sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılacaq.

AzVision.az


Teqlər: MSK   Natiq-Məmmədov  





Xəbər lenti