"Xəzər" maşınları iki mərkəzdə satılacaq - Kreditlə ala bilərsiniz!

  17 Aprel 2018    Oxunub : 48555
"Xəzər" maşınları iki mərkəzdə satılacaq - Kreditlə ala bilərsiniz!
“Azərmaş” ASC və “İran Khodro” şirkətinin birgə istehsal etdiyi “Xəzər” avtomobillərinin satışı Bakıda iki satış mərkəzində həyata keçiriləcək.

Bu barədə AzVision.az-ın sorğusuna cavab olaraq “Xəzər” avtomobil zavodundan məlumat verilib. Bildirilib ki, may ayından etibarən satışa çıxarılacaq 300 avtomobil zavoda məxsus satış mərkəzlərində alıcılara təqdim olunacaq.
“Sonrakı mərhələlərdə bölgələrdə də “Xəzər” avtomobil zavodunun satış mərkəzlərinin yaradılması nəzərdə tutulur. Avtomobillər alıcılara ən sərfəli kredit şərtləri ilə veriləcək”.

Qeyd edək ki, Neftçala Sənaye Məhəlləsində yerləşən “Azərmaş” ASC və “İran Khodro” şirkətinin birgə istehsal etdiyi “Xəzər avtomobillərinin qiymətləri 14-16 min arasında dəyişir. Mühərrikin həcmi 1,7 litrdir. Zavodda "Dena", "Rana", "Soren", "Samand" markalı avtomobillər, eləcə də "Peugeot"un bir sira modelləri istehsal ediləcək. Zavodun istehsal gücü ildə 10000 avtomobil təşkil edir.

Aytən Zəhra
AzVision.az

Teqlər: Xəzər   Neftçala   Maşın