Ermənistanın Xankəndi ilə bağlı yalanı ifşa olundu - FOTOLAR
"İyunun 16-sı və 17-də xüsusi vasitələrlə çəkilmiş Xocalı aeroportunun foto və video görüntülərində hər hansı bir qırıcı təyyarənin olması müşahidə edilmir. Uçuş-eniş zolağı yaxınlığında köhnə istehsal olan, uzun müddət uçuşlara cəlb edilmədən orada saxlanılan 1 ədəd L-39 təlim, 2 ədəd Yak-52 təlim-məşq, 1 ədəd CH-701 yüngül gəzinti təyyarələri və çoxməqsədli Mi-8 helikopteri müşahidə olunur.
Bu kimi təxribat xarakterli məlumatlar düşmən tərəfindən məqsədyönlü surətdə yayılmaqla cəbhə xəttində vəziyyəti gərginləşdirməyə yönəlib və yerli kütləvi informasiya vasitələrinin Ermənistanın belə informasiya avantyuralarına reaksiya verməmələrini xahiş edirik"- nazirliyin məlumatında qeyd olunub.
AzVision.az
Teqlər: