Paşinyandan Rusiyaya xəyanət

Paşinyandan Rusiyaya xəyanət
  22 İyun 2018    Oxunub:5388
Ermənistanın baş naziri Nikol Paşinyan 11-12 iyulda Brüsseldə keçiriləcək NATO sammitində iştirak etməyə hazırlaşır.

AzVision.az xəbər verir ki, bu barədə “Haykakan Jamanak”a Paşinyan hökumətindəki mənbə məlumat verib.
"Ermənistan baş nazirinin NATO sammitində iştirakı ölkəmiz üçün olduqca vacibdir. Baxmayaraq ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür, respublikamızın təhlükəsizliyinin təmin olunması məsələsində rəsmi İrəvan NATO-ya tərəfdaş təşkilat və etibarlı müttəfiq gözü ilə baxır", – deyə Ermənistan hökumətinin rəsmisi bildirib.

Qeyd edək ki, bundan əvvəlki çıxışlarında və Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşündə Paşinyan Ermənistanın xarici siyasət kursunu dəyişməyə hazırlaşmadığını bəyan etmişdi. Lakin “Haykakan Jamanak” yazır ki, NATO-nun dövlət başçıları səviyyəsindəki sammitinə qatılmaq Paşinyanın yalan söylədiyini üzə çıxaracaq və bu, Moskvaya xəyanətdir. Həmçinin, KTMT-yə rəğmən Ermənistanın təhlükəsizlik məsələsində başqa "müttəfiq" axtarması Rusiya ilə münasibətlərdə qaranlıq məqamların olduğunu göstərir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   Rusiya   NATO   KTMT  





Xəbər lenti