Tramp əlini uzatdı, baş nazir salamını almadı - VİDEO
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp Meylə salamlaşmaq istəyib. Lakin Britaniya baş naziri ona uzanan əli geri çevirib və Trampı digər həmkarlarına sarı istiqamətləndirib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Kvebekdə keçirilən G7 ölkələri liderlərinin sammitində Tereza Mey ilə təkbətək görüşdən imtina etmişdi. Ağ Evdən isə bildirmişdilər ki, Tramp Meyin onunla məktəb müəlliməsi tonunda danışmasından bezib. Trampın fikrincə, Mey ABŞ-Britaniya münasibətlərindən öz şəxsi mənfəəti üçün istifadə etməyə çalışır.
Leyla Elbrusqızı
AzVision.az