Elmi Cavab #3: Süni intellekt nədir, yaxud, Sofia sevə bilərmi? – VİDEO

  27 Oktyabr 2018    Oxunub : 9390
 Elmi Cavab #3: Süni intellekt nədir, yaxud, Sofia sevə bilərmi? – VİDEO
Azvision.az “Elmi Cavab” adlı layihəni oxucularına təqdim edir. Bu layihə çərçivəsində elm adamları ilə söhbətlər ediləcək, insanlar üçün qaranlıq qalan suallara elmin gözü ilə baxılacaq. Biz mifləri, ehkamları, yalan inancları dağıdıb, əvəzində dəqiq, aydın, elmi cavablar verəcəyik.
Üçüncü veriliş əslində, əvvəlcədən də elan etdiyimiz kimi, alt şüur və yuxular mövzusuna həsr olunmalı idi. Amma planlarımızı dəyişməli olduq: Çünki dünyanın süni intellektlə idarə olunan ilk android-robotu Sofianın ölkəmizə gətirilməsi gündəmi dəyişdi və yeni bir mövzunu aktuallaşdırdı: Sünu intellekt nədir? O, bizim “təbii” intellektimizdən nə ilə fərqlənir? Sünu intellekt hara qədər inkişaf edə bilər? Sofianın Azərbaycanda dedikləri onun öz qənaətləridir, yoxsa əvvəlcədən yüklənmiş proqram? Nəhayət, bir çox elm adamlarının həyəcan təbili çalaraq, car çəkdikləri kimi, Süni İntellekt doğrudan da bəşəriyyətə təhlükə yarada bilərmi?

Bu və digər maraqlı suallara verilən elmi cavablar sizi gözləyir. Baxın, Süni İntellektlə daha yaxından tanış olun.



Azvision.az

Teqlər: Elmi-Cavab   Süni-intellekt   Sofia