Elmi cavab #7 : Göydə kimsə varmı? Niyə Kainat susur? – VİDEO

  10 İyun 2019    Oxunub : 20631
 Elmi cavab #7 : Göydə kimsə varmı? Niyə Kainat susur? – VİDEO
Azvision.az “Elmi Cavab” layihəsinin 7-ci buraxılışını (daha dəqiqi, 6-cı buraxılışın ikinci hissəsini) oxucularına təqdim edir. Bu layihə çərçivəsində elm adamları ilə söhbətlər edilir, insanlar üçün qaranlıq qalan suallara elmin gözü ilə baxılır.
Altıncı/Yeddinci verilişlərin mövzusu Kainat və onun yaranmasıdır. “Big-Bang” zamanı partlayan və yaranan əslində nə olub? Kainatı genişləndirən hansı qüvvədir? Kainatın sonu varmı? Kosmik fəzada başqa "Big-Bang"lar da olubmu? Kosmosda bizdən başqa sivilizasiyalar da varmı?!

Jurnalist Vüsal Məmmədovun təqdim etdiyi verilişdə bu və digər suallara Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının Ulduz Atmosferlərinin Fizikası və Maqnetizm şöbəsinin müdiri Canməmməd Rüstəmov ilə Kiçik Planetlər və Göy Cisimləri şöbəsinin müdiri Ədalət Ətayi aydınlıq gətirirlər.

Qeyd edək ki, veriliş iki hissədən ibarətdir. Birinci hissəyə BURADAN baxa bilərsiniz.


Azvision.az

Teqlər: Elm   Elmi-cavab   Kainat   Astrofizika