6 şöbə müdiri, 8 direktor nöqsanlara görə işdən çıxarılıb
"Müşahidələrimiz onu göstərir ki, bəzi hallarda qəbul edilən normativ qaydalar yerlərdə tam şəkildə icra edilmir. Təhsil sistemində hər şeyin elektron qaydada aparılması neqativ halların sayını azaltsa da, il ərzində keçirilən nəzarət tədbirləri zamanı bir sıra neqativ halların hələ də mövcud olması öz təsdiqini tapıb".
C.Bayramovun sözlərinə görə, 80 nəfər məktəb direktorunun əmək müqaviləsinin uzadılmaması barədə qərar qəbul edilib: "Buna səbəb onların nəticələrinin davamlı şəkildə aşağı olmasıdır. 7 hal üzrə materiallar toplanaraq hüquqi qiymət verilməsi üzrə aidiyyəti qurumlara göndərilib. Fikrimcə, bu məsələrə ciddi yanaşmalıyıq. Nöqsanlara yol verən şəxslər öz cəzalarını alacaqlar".
Azvision.az
Teqlər: Məktəb Təhsil Direktor