“Qocalar evi”nin sakinləri... - FOTOREPORTAJ

“Qocalar evi”nin sakinləri... -  FOTOREPORTAJ
  09 Oktyabr 2019    Oxunub:12066
Bakının Bilgəh qəsəbəsində yerləşən Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinə el arasında "Qocalar evi" də deyirlər. Bura daha çox ahıl yaşına çatmış kimsəsizlər, övladları, yaxınları tərəfindən tərk edilən şəxslər pənah gətirirlər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzarətində olan müəssisənin hazırda 240 sakini var. Onlar daimi yaşayış şəraiti, qida, geyim və tibbi xidmətlə təmin olunurlar. Müəssisəyə qəbul 63 yaşdan başlanır.



Prezidentin tapşırığı əsasında son illərdə müəssisədə əsaslı təmir və yenidənqurma işləri aparılıb, burada yaşayış şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılıb, bütün kommunal sistemlər yenilənib, binanın ətrafında abadlıq və yaşıllaşdırma işləri görülüb.



Bundan əlavə, orada yaşlı insanların yaşayışı, keyfiyyətli sosial xidmətlərlə təmin olunmaları, asudə vaxtlarını mənalı keçirmələri üçün müasir tələblərə cavab verən şərait yaradılıb. Kitabxana və idman zalları, müəyyən əl işləri hazırlamaq üçün emalatxanalar və digər xidmətlər sakinlərin istifadəsinə verilib.

Qeyd edək ki, müəssisəyə 6 ildir Qətibə Əsədova rəhbərlik edir.















































Foto: Şahin Sərdarov
Azvision.az


Teqlər: Qocalar-evi   Bilgəh  





Xəbər lenti