Koronavirusa yoluxanların sayı 1 milyona yaxınlaşır - STATİSTİKA

Koronavirusa yoluxanların sayı 1 milyona yaxınlaşır -    STATİSTİKA
  02 Aprel 2020    Oxunub:4589
Bu günədək dünyada 936 min 204 nəfər yeni növ koronavirusa yoluxub. Virusa yoluxmuş 47 min 249 xəstə ölüb. 194 min 538 nəfər sağalıb.
Azvision.az Worldometers.info-ya istinadən xəbər verir ki, yerdə qalan 694 min 377 nəfərdən 658 min 765-nin vəziyyəti qənaətbəxş hesab olunur. 35 min 612 xəstənin durumu orta-ağır qiymətləndirilir.

Koronavirusa dünyanın 203 ölkəsində rast gəlib.

Virusa ən çox yoxulma halı ABŞ-da qeydə alınıb. Belə ki, ABŞ-da 215 min 300 nəfər koronavirusa yoluxub, onlarda 5 min 110-u dünyasını dəyişib. Son 24 saat ərzində 297 nəfər virusa yoluxub, 8 ölüm baş verib.

İkinci yerdə İtaliyadır. Bu ölkədə 104 min 118 xəstə qeydə alınıb. Onlardan 13 min 155 nəfəri dünyasını dəyişib. Yeni yoluxmaya və ölümə rast gəlinməyib.

Koronavirusun yayılmasına görə üçüncü sırada İspaniya gəlir. Ölkədə 57 min 786 virusa yoluxma baş verib. 9387 nəfər dünyasını dəyişib. Son 12 saat ərzində yeni yoluxma halı aşkarlanmayıb.

Dördüncü yerdə qərarlaşan Çində də yeni yoluxma halları yoxdur. Ümumilikdə, ölkədə 81 min 554 nəfər virusa yoluxub, 3312 nəfər ölüb.

Siyahıda beşinci olan Almaniyada 77 min 981 nəfər virusa yoluxub ki, onlardan 9311-i ölüb.

Altıncı yerdə qərarlaşan Fransada indiyədək 56 min 989 nəfər virusa yoluxub, 4032 nəfər vəfat edib.

Siyahının yeddinci pilləsində yer alan İranda isə 47 min 593 virusa yoluxma halı təsdiqlənib. İndiyədək 3036 nəfər dünyasını dəyişib.

Səkkizinci sırada olan İngiltərədə 29 min 474 nəfərin virusa yoluxması aşkar edilib. Onlardan 2352-si ölüb.

Doqquzuncu pillədə İsveçrədir. Bu ölkədə 11 min 811 nəfər virusa yoluxub, 488 xəstə dünyasını dəyişib.

Siyahıda onuncu yerdə olan Türkiyədə 15 min 679 nəfər koronavirusa yoluxub, 277 nəfər dünyasını dəyişib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti