“Dövlətin dizinə çəkic vururlar”: Mirşahin “qazi insidenti”ni araşdırdı – VİDEO

      “Dövlətin dizinə çəkic vururlar”:    Mirşahin “qazi insidenti”ni araşdırdı –    VİDEO
  03 İyun 2022    Oxunub:5407
Tanınmış jurnalist, “Real” Təhlil və İnformasiya Mərkəzinin rəhbəri Mirşahin Ağayev müəllif proqramının xüsusi buraxılışında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qəbul otağında baş verən “qazi insidenti”ni şərh edib.
Son aylarda polisə qarşı baş verən təxribatları sadalayan və bunu ƏƏSMN-ə qarşı kampaniyanın fonunda şərh edən jurnalist yutub kanalları şəbəkəsinin bu hadisələrə informasiya dəstəyi verməsinin təsadüf olmadığını bildirib. O göstərib ki, yutubdakı bir sıra kanallar “dövlətin dizinə çəkic vurmaqla” onun sinir sistemini sınaqdan keçirirlər.

O, həmçinin ƏƏSMN-ə hücum edən qazilərin hər biri ilə bağlı məsələni ayrılıqda nəzərdən keçirərək, onların nə qədər haqlı olub-olmadıqlarını araşdırıb.



Həmçinin oxuyun: Qəzavatın perigeyi // Cəmiyyəti “qanun, yoxsa qazi” dilemmasının qarşısında qoymaq olmaz!


Teqlər: Qazi   ƏƏSMN  





Xəbər lenti