Əli Kərimlinin oğlu separatçının oğlu ilə - FOTO

Əli Kərimlinin oğlu separatçının oğlu ilə - FOTO
  16 Sentyabr 2016    Oxunub:24543
Sentyabrın 15-də ABŞ Konqresinin Tom Lantos İnsan Haqları Komissiyasında Azərbaycanda insan haqlarının durumu və bunun ABŞ siyasətinə təsirilə bağlı dinləmələr keçirilib.

AzVision.az milli.az-a istinadən xəbər varir ki, əvvəlcədən güclü piar aparılmasına baxmayaraq, dinləmələr olduqca sönük keçib. Belə ki, dinləmərə cəmi 20 nəfər qatılıb. İştirakçıların əksəriyyəti isə ABŞ-dakı erməni lobbi qruplarının və diasporun təmsilçiləri və ABŞ-ın Azərbaycandakı sabiq səfiti Riçard Kozlariç, ermənipərəst konqresmen Cim Makqavern olub.

Azərbaycandan dinləmələrə AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli və skype vasitəsilə jurnalist Xədicə İsmayıl qatılıb.

Maraqlıdır, Azərbaycana qarşı dinləmələrdə Türkel Kərimli Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış separatçı rejimin rəhbəri Bako Saakyanın oğlu Armen Saakyanın birgə, eyni mövqedən çıxış edib.

Məlumat üçün bildirək ki, Armen Saakyan ABŞ-dakı erməni diaspronunun ən nüfuzlu qurumlarından sayılan Amerika Erməni Milli Konqresinin (ANCA) fəallarındandır.

Əli Kərimlinin oğlu və Xədicə İsmayıl Armen Saakyanın iştirakına etiraz etməyib. Halbuki, ANCA-nın səyi nəticəsində REAL üzvü Erkin Qədirlinin iştirakının qarşısı alınmışdı. Bu onu deməyə əsas verir ki, dinləmələr məhz erməni lobbisinin istək və arzusu ilə baş tutub.

ABŞ-ın Azərbaycandakı səfirliyindən olan mənbə bildirir ki, amerikalı konqresmenlər Azərbaycanda insan haqlarının durumu və bunun ABŞ siyasətinə təsiri ilə bağlı dinləmələrdə iştirak etməkdən imtina edib. Mənbənin sözlərinə görə, dinləmələrdə yalnız ermənipərəst konqresmen Ceyme Makqovern iştirak edib.

Qeyd edək ki, Makqovern “erməni soyqırımı”nın tanınması ilə bağlı qətnamənin müəlliflərindən biridir. Bundan əlavə, ABŞ Dövlət Departamenti nümayəndəsini bu dinləmələrə göndərməkdən imtina edib.

Radikal müxalifət və Azərbaycana qarşı çirkin kapmaniya aparan qüvvələrin səylərinə baxmayaraq, dinləmələr demək olar ki, fiaskoya uğradı.

AzVision.az


Teqlər:  





Xəbər lenti